Türkiyədə «sxodka»- Lənkəranski kriminal avtoritetləri İstanbula topladı
22.06.2016 1802 0.0 0

Məşhur azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski İstanbulda kriminal aləmin nüfuzlu şəxslərini bir araya yığıb.

Qazeta.info Aznews.az-ın məlumatına əsasən xəbər verir ki, toplantıda oğru aləmində baş verən proseslər müzakirə olunub və bir sıra ciddi qərarlar qəbul edilib. Müzakirələr zamanı azərbaycanlı Ruslan adlı avtoritetə “qanuni oğru” adı verilməsi də razılaşdırılıb və avtoritetə tacqoyma mərasimi keçirilib. Məlumata görə əslən Lənkərandan olan Ruslan Bakının Əhmədli qəsəbəsində doğulub. 

Bir müddət əvvəl həbsdən azad olunan avtoritet, Azərbaycanı tərk edərək xarıcdə kriminal fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, iyunun 19-da başqa bir azərbaycanlının Moskvada “qanuni oğru” adı alnması barədə məlumat yaymışdıq. Bildirmişdik ki, Lənkəranskinin adamı hesab olunan Samir adlı avtoritetə “qanuni oğru” statusu verilib. 

Məlumata görə Yasamalda doğulan Samir, məşhur “qanunu oğru” Lotu Yunusun dayısı Hacıbalanın oğludur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar