İRAN PREZİDENTİ GƏLƏN HƏFTƏ BAKIDA OLACAQ
06.11.2014 1478 0.0 0
Səfər çərçivəsində iki ölkə 10 sənədin imzalanması gözlənilir

 

İran prezidenti Həsən Ruhani gələn həftə Azərbaycana səfər edəcək.

 

İRİB-nin verdiyi məlumata görə, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi bildirib.

 

Onun sözlərinə görə, Ruhaninin Azərbaycana səfəri çərçivəsində 10 sənədin imzalanması gözlənilir.

 

İran-Azərbaycan hökumətlərarası müştərək əməkdaşlıq komissiyasının həmsədri olan Vaizi qeyd edib ki, prezidentlərin görüşü zamanı Azərbaycandan elektrik enerjisinin nəqli və alınması, sərhəd çaylarının suyundan istifadə, gömrük əlaqələrinin nizamlanması, nəqliyyat, enerji və turizm məsələləri müzakirə olunacaq.

 

M.Vaizi əlavə edib ki, hazırda iki dövlət arasında ticarət əlaqələri 100 milyon ABŞ dolları həcmindədir, lakin bu rəqəmi artırmaq olar.

 

Nazir onu da vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin bu il aprelin 9-da Tehrana səfərindən sonra ikitərəli münasibətlər xeyli inkişaf edib.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar