DƏRS İLİNİN MÜDDƏTİ DƏYİŞDİRİLDİ
20.11.2014 1647 0.0 0

Təhsil Nazirliyi ali və peşə-ixtisas təhsil məktəblərinə məktublar göndərib

"Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası bu il mayın 31-nə qədər başa çatdırılacaq".

Bunu açıqlamsında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib. O bildirib ki, əslində 2014/2015-ci tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində nəzəri təlim müddətinin vaxtı dəyişdirilmir. 

"İmtahan sesiyalarına ayrılmış 5 həftəlik dövrü müddətin 3 həftəyə qədər azaldılması, eləcə də qış tətili müddətinin 2 həftədən bir həftəyə qədər, peşə təhsil məktəblərtində isə 2-ci yarım il üçün nəzərdə tutulmuş təhsil müddətinin 23 həftədən 21 həftəyə qədər azaldılması nəzərə alınacaq. Bununla bağlı Təhsil nazirliyi ali və peşə-ixtisas təhsil məktəblərinə məktublar göndərib", - deyə Cəsarə Valehov söyləyib.

Qeyd edək ki, ümumtəhsil məktəblərində təhsil müddəti 31 may tarixində bitdiyi üçün bu qərar yalnız ali və orta ixtisas, eləcə də ilk peşə təhsil-ixtisas məktəblərinin tələbə və şagirdlərinə aiddir.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar