`Tik-Tok` istifadəçisini yazdığı nalayiq ifadələrə görə öldürən şəxsə hökm oxunub
05.05.2022 860 0.0 0

Bakıda qətl törətməkdə təqsirləndirilən Əli Musayevə hökm oxunub.

Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Ə.Musayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Ə.Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb. Bu zaman aralarında baş verən mübahisə zamanı Ə.Musayev N.Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar