Rusiya XİN: Ermənistanda baş verənlər bu ölkənin daxili işidir
06.05.2022 14154 2.0 0

Rusiya Ermənistanda baş verən etirazları İrəvanın daxili işi adlandırıb.

Bildirək ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

O, Rusiyanın Ermənistanın sabitliyində və dinc inkişafında maraqlı olduğunu və bütün mübahisəli məsələlərin dialoq müstəvisində həll edilməli olduğunu vurğulayıb.

“Rusiya əvvəlki kimi, İrəvanla Bakı arasında təmasları dəstəkləməyi davam etdirəcək, üçtərəfli bəyanatların icrasına, sülh sazişinin bağlanmasına yardım edəcək", - rusiyalı diplomat vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar