BAKIDA 2 NƏFƏRİ GÜLLƏLƏYƏN ŞƏXS HƏBS OLUNDU-YENİLƏNDİ
08.01.2015 800 0.0 0

Qaradağ Rayon Polis İdarəsindən  verilən xəbərə görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə törədən şəxsin 1984-cü il təvəllüdlü Zaur Ənvər oğlu Tərlanov olması müəyyən edilib və o saxlanılıb. Öldürülən qardaşlar 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovlardır. Onlar Sahil qəsəbəsinin sakinləridir

 

 

Polisdən həmçinin bildirilib ki, hadisə qısqanclıq zəminində baş verib.

 

Faktla bağlı cinayət işi başanıb, istintaq tədbirləri davam etdirilir. 

 

                                                                     *****

Bildər ki ,bu gün yayılan məlumata görə iki nəfərin güllələnməsi ilə nəticələnən silahlı insident baş vermişdi.

Hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların hər ikisi yerindəcə ölüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, öldürülən qardaşlardan birinin adı Cahid, digərinin adı isə Caviddir. Onlar Sahil qəsəbəsinin sakinləridir.

 

Hadisə baş verən “Toyota Land Cruiser” markalı maşının dövlət nömrə nişanı 90 RC 008-dir.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.//APA

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar