ERMƏNİLƏR ÇİN ƏSSİLİ ÇIXDI.
25.08.2014 1759 0.0 0

 

Oksford universitetinin araşdırması dünyanı heyrətə salıb

 

Almaniyanın Maks Plank cəmiyyətinin və Oksford universitetinin əməkdaşı Harret Hellentalın araşdırmaları ermənilərin geni ilə Çinin titul milləti xanların 5%-nin genlərinin eyni olduğunu ortaya çıxarıb 

ANS PRESS-in məlumatına görə, qərb alimlərinin ata xətti ilə keçən və minilliklər boyu dəyişməyən Y xromosomlar əsasında apardığı araşdırma ermənilərin soy-kökü barədə indiyə kimi formalaşmış təsəvvürləri xeyli dəyişdirir. İndiyə kimi ermənilər özlərinin təmiz ari (hind-Avropa) mənşəli olduğunu iddia edir və bütün arilərin vətəninin məhz Ermənistan olduğunu, ermənilərin bir millət kimi 12 min il əvvəl formalaşdığını iddia edirdilər. 

Amma ciddi tarixçilər bu fikirlərin yanlış olduğunu bildirirdilər. Ermənistan tarixini uzun müddət araşdırmış rus alimi İqor Dyakonovun fikrincə, ermənilərin ataları köçəri mosx tayfaları olub. Vaxtılə Balkan yarımadasında yaşamış mosxlar əvvəl Kappadokiyaya, eradan əvvəl 6-cı əsrdə isə məhv olmuş Urartu dövlətinin ərazisinə köçərək orada yarımköçəri maldarlıqla məşğul olmuşlar. Daha sonra oturaqlaşaraq erməni millətini formalaşdırmışlar. 

Təbii ki, ermənilər bu versiya ilə razılaşmırlar. Xüsusilə də, onları narahat edən məsələ mosxların vaxtılə Mərkəzi Asiyada yaşamasıdır. Moskva çayının adının da mosxlarla bağlı olduğu ehtimal edilir. Alimlər mosxların Balkan yarımadasına kelt köçləri ilə gəldiyini ehtimal edirlər. Bu çərçivədə başqa ehtimal isə mosxların oğuz türklərinin bozok bölümünün bir qolu olması ilə bağlıdır. Vaxtilə Mərkəzi Asiyada yaşamış oğuzlar bozoklara və üçoklara bölünüb. Bozok sözünün ilkin variantı “basok”dur. Yəni qədim oğuzlar baş və uc hisslərə bölünüblər və bozok - uçok bölünməsi də buradan yaranıb. Daha sonra bu ad başqırd və bask formalarına düşüb.

Genetik araşdırmalar göstərir ki, bozoklar R1b genini daşıyıblar. Ümumiyyətlə, bu gen dünyada türk geni kimi tanınır. Başqırdlarda R1b geni 87%, türkmənlərdə 37%, Altay türklərində 57%, Türkiyə türklərində isə 34%-dir. Ermənilərdə isə R1b 31%-dir. Bu, artıq ermənilərin soy-kökündə mosxların dayanmasını irəli sürən Dyakonovun sözlərini təsdiqləyir. Erməni filoloq Hraçya Acaryan da 4-cü əsrdə yunan əlifbası ilə yazılmış erməni mətnlərində həddindən çox türkizmlər olduğunu vurğulayır. Bir çox əsas erməni sözləri hələ o vaxtdan türkcə idi. Belə çıxır ki, mosxlar əvvəlcə türkcə danışmış, sonra yunan dilinin təsiri altında dillərini dəyişiblər. 

Amma qərb alimlərinin araşdırması ermənilərin ümumiyyətlə 13 müxtəlif gendən törədiyini ortaya çıxarır. Genetik araşdırmaya cəlb olunanların 24%-də Anadolu geni müşahdə olub. Bu da Dyakonovun dediklərinə uyğun gəlir. Alim mosxların yerli urart və hurritləri assimlyasiya etdiyini bildirir. Erməni genlərinin 11-i Qafqazdan, 3%-i Avropadan, 6%-i isə Afrikadan gəlib. Qalan 56% gen isə Mərkəzi Asiya və Uzaq Şərqə məxsusdur. Görünür, 56%-in bir hissəsi də Çin genləridir.

Erməni tarixinə nəzər saldıqda ermənilərin və Ermənistana adını vermiş hayların fərqli millət olduğunu görmək olur. Erməni tarixçisi Moisey Xorenasi hayların vəhşi, ermənilərin mədəni olduğunu irəli sürür. Son araşdırmalar göstərir ki, Çində müxtəlif formada hay adını daşıyan 10-15 milyon adam var. Həm də 60 milyona yaxın adamın geni ermənilərlə üst-üstə düşür. Bu genin məhz Çindən Ermənistana gəldiyi düşünülür. 

Erməni tarixində də bu öz əksini tapıb. Moisey Xorenasinin yazdığına görə, bizim eranın 4-8-ci əsrlərində Ermənistanda hakimiyyəti ələ keçirmiş Mamikonyan ailəsi əslən Çindən idi. 3-cü əsrdə Çin imperatoruna qarşı üsyan qaldırmış Mamkon və Konak adlı iki qardaş öz tayfası ilə İrana sığınıb və 100 il orada yaşadıqdan sonra Ermənistana yerləşiblər. 8-ci əsrə qədər Ermənistan ordusuna Mamikonyan ailəsi rəhbərlik edib. 5-ci əsrdə Ermənistan hakimiyyətinə gələn Mamikonyanlar İrana qarşı üsyan qaldıraraq ölkəni müstəqilləşdiriblər. Bir çox alimlər ermənilərin türk dilindən imtina edərək hay dilinə keçməsin məhz Mamikonyan ailəsinin təsiri altında baş verdiyini bildirirlər. Çindən gəlmiş bu ailə İranda fars dilinə keçmişdi. Mamikonyanlara qədər ermənilərin türkcə ibadət etdiyi də ehtimal edilir. Türk dilinin qıpçaq ləhcəsində erməni dilində yazılmış incillər bu günə qədər qorunub. 
 


Teqlər:ERMƏNİLƏR ÇİN ƏSSİLİ ÇIXDI.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar