2 YAŞLI UŞAQA HƏBS QƏRARI VERİLDİ
13.11.2014 1661 0.0 0

Fələstin informasiya qaynaqlarının verdiyi məlumata görə, İsrail polisinin Qüdsün Silvan bölgəsindəki El Bustan məhəlləsində Zeydani ailəsinin evlərinə təşkil etdiyi əməliyyatda, 2 yaşındakı uşaqlarını həbs  etdiyini bildirib.
 

Fələstinə məxsus olan Maan xəbər saytında dərc olunan  xəbərə görə, İsrail təhlükəsizlik qüvvələri  noyabrın  11 də səhər saatlarında  Silvan bölgəsində yaşayan Zeydani ailəsinin evinə əməliyyat reallaşdırıb. İsrail polisi 16 yaşındakı Məhəmməd Ziyad Zeynanini nəzarətə aldıqdan sonra Həmzə Zeydaninin də həbs olunması ilə əlaqədar əllərində təlimat olduğunu söyləyiblər.
 

Qazeta.info Türk mətbuatına istinadən bildirir ki, Ailə üzvləri evə basqın edən İsrail polisinə, "Həmzə Zeydaninin neçə yaşında olduğunu bilirsinizmi? Bəhs olunan uşaq hələ 2 yaşındadır. Bu yaşda ilan uşaqla  əlaqədar necə bir həbs qərarı çıxarıla bilər? "Deyərək reaksiya göstərdikləri bildirilir.

İsrail polisi evdə olan 3 kompüterı də ev sahibindən alaraq  16 yaşındakı Məhəmməd Ziyad Zeydani ilə bırabər polisə aparıldığı bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar