BİTKİÇİLİK MƏHSULLARINİN İSTEHSAL SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB
12.12.2014 1413 0.0 0

Qazeta.info  bildirir ki, 2014-cü il dekabrın 1-i vəziyyətinə  963,3 min hektar  payızlıq və yazlıq dənli və dənli  paxlalıların (qarğıdalısız)  məhsulu yığılmış, hər hektardan 22,8 sentner olmaqla cəmi 2179,3 min ton məhsul  istehsal olunmuşdur.

 

Yığılmış ümumi taxıl  sahəsinin 604,0 min  hektarını  buğda bitkisi  təşkil edir ki, bu sahələrdən də  cəmi 1446,5 min ton  və ya hər hektardan  23,9 sentner buğda toplanmışdır. Eyni zamanda, 37,3 min hektar dən üçün qarğıdalı sahəsinin 37,1 min  hektarı (99,4%) yığılmış, hər hektardan 54,0 sentner olmaqla 200,1 min ton məhsul yığılmışdır.

 

Bunlarla yanaşı, 61,7 min  hektar kartof sahəsindən 819,3 min ton və ya hər  hektardan 132,9 sentner kartof, 76,0 min hektar tərəvəz bitkiləri sahələrindən 1181,6 min ton  və ya  hər hektardan  155,5 sentner tərəvəz, 28,0 min hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 440,9 min ton və ya hər hektardan 157,3 sentner bostan, 11,7 min hektar dən üçün  günəbaxan  sahəsindən 20,3 min ton və ya hər hektardan 17,3 sentner  günəbaxan,  1,1 min hektar tütün sahəsindən 2,9 min ton tütün yarpağı, habelə  5,7 min hektar şəkər çuğunduru sahəsindən 166,4 min ton və  ya hər hektardan 334,6 sentner şəkər çuğunduru və  22,9 min hektar pambıq sahəsindən 24.11.2014 tarixə 40,6 min ton və ya hər hektardan 17,7 sentner pambıq məhsulu yığılmışdır.

 

Bundan əlavə, istehsalçılar tərəfindən  844,6 min ton meyvə  məhsulları, 147,6 min ton  üzüm və 459,2 ton yaşıl çay yarpağı  istehsal edilmişdir.

 Xatırladaq ki. ötən ilin noyabr ayının 1 -ə olan göstəricilərlə  müqayisədə Payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız) bitkilərin yığım həcmi aşağı düşüb.Belə ki , ötən ilin noyabr ayında 1035471 ha , yığılmış məhsulun həcmi isə 2752594 ton olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar