BOKA HARAM QƏTLİYAM EDİB QƏSƏBƏNİ XƏRİTƏDƏN SİLDİ
08.01.2015 763 0.0 0

Nigeriyanın Boko Haram islami təşkilatı Bagada şənbə günü beynəlxalq bir hərbi bazası ələ keçirərək, ən az 2 min adamı öldürdü və bütün qəsəbəni yandərdı.

Ötən şənbə günü Boko Haram təşkilatının ələ keçirdiyi hərbi bazası olduğu Baga qəsəbəsində qətliyam etdiyi bildirilir.

BBC tərəfindən verilən xəbərə görə, strateji olaraq əhəmiyyətli bir mövqedə olan hərbi bazanın ələ keçirilməsinin sonra Boko Haram minlərlə evi yandırıb və qəsəbə sakinlərinin hamsını güllələyib. Şəhərin rəhbərliyindən alınan məlumata görə küçələr cəsədlərlə dolu və 2 minə yaxın insanın qətl olunduğu ehtimal olunur.

Boko Haramın ələ keçirdiyi beynəlxalq hərbi baza 1998-ci ildə təşkil olunan Çad, Kamerun və Nigeriya ordusundan əsgərlərin olduğu çoxmillətli Ortaq Hərbi Güc təşkilatı (MNJTF) tərəfindən istifadə olunub.

BBC-i Nigeriya rəhbərliyinin yüksək  səlahiyyətlisi Musa Alhaji Bukara istinadən bildirib ki, Boko Haram Çərşənbə günü bütün şəhəri yandırıb. Baga küçələrini örtən cəsədlərin sayının 2 min ətrafında olmasından narahatlıq duyulduğunu dilə gətirən Bukar, şəhərin əhalisinin 10 min adam olduğunu lakin bu hadisədən sonra  cəsədlərdən başqa şəhərdə bir şey olmadığını söyləyib. Şəhərdən qaçanların verdiyi məlumata görə, kimsə ölülərini basdırmaq üçün macal tapa bilmədi və cəsədlər prospektlərə tərk edildi.

Bildirək ki hazırda , Boko Haram Baga və ətraf 16 qəsəbədə nəzarəti öz əlində saxlayır. Hərbi baza ələ keçirilməsinin sonra oradakı rəsmi hərbi qüvvələrin  şəhəri tərk etməsindən sonra qətliyama başlayan Boko Haramı bu an onlara bölgədə maneə törədəcək heç bir təhlükəsizlik gücünün olmadığı bildirilir. Qırğından qaça bilən minlərlə Nigeriyalı Maiduguri şəhərinə və Çadın şəhərlərinə sığınıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar