GOOGLE-NİN GİZLİ LAYİHƏSİ NÜMAYİŞ OLUNDU.
30.08.2014 1675 0.0 0

İnternet nəhəngi Google 2 ildir üzərində çalışdığı gizli proyektini nümayiş etdirib.

 

Layihə İnsansız hava vasitəsidir. '' Wing '' adlandırılan bu cihaz nümayiş etdirilərkən ilk uçuşunu edib. 

Googlenin gizli proyektlərini icra edən "X" qrupu tərəfindən inkişaf etdirilən və bu günə qədər sirr kimi saxlanan layihə 2 il davam edən işlərdən sonra açıq şəkildə nümayişolunub.Avstralyanın Quensland əyalətində test edilən "Wing" in hədəfinə müvəffəqiyyətlə yetişdiyi bildirilib.Uzaktan idarəetməyə ehtiyac duymadan uçan vasitə 10 kiloqrama qədər yük daşıya bilir. 


"Wing" hədəfə çatdığında yerə eniş etmir amma apardığı  yükü xüsusi bir mexanizm sayəsində yerə atır.

Bu vasitələrdən bir donanma qərargahı hədəfləyən Google, "Wing" i əvvəlcə təbii fəlakət bölgələrinə kömək vəsaitlərinin daşınması üçün istifadə ediləcəyi bildirilib.

İnsansız hava vasitələri texnologiyası yeni bir rəqabət sahəsi də meydana gətirdi . Qısa bir müddət əvvəl internet alveri nəhəngi Amazon da, sifarişləri insansız hava vasitələriylə təslim etməyə başlayacağını bəyan etmişdi.


Teqlər:GOOGLE-NİN GİZLİ LAYİHƏSİ NÜMAYİŞ O

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar