DÜNYANI HEYRƏTƏ SALAN SİRR DOLU KƏŞFİYYATÇI
06.11.2014 1854 0.0 0

Orta şərqi qarıştırmaqla günahlandırılır. 

IŞİD-ə qarşı döyüşən İraq ordusunun hər həftə bir başqa cəbhəsində ortaya çıxır. 

İran-Amerika yaxınlaşmasının gizli memarı olduğu deyilir. 

Bəzi xəbərlərə görə, son dövrdə Kandili məskən seçib. 

Hətta kimilərinə görə isə Türkiyədəki Kobani hadisələrinin arxasında olan  güc də odur. 

 

Kimdən bəhs edilir? 

Qasım Süleymani. 

Başda Amerika olmaq üzrə Qərb mediasında son illərdə xeyli populyarlıq qazanan bu şəxs. Yalnız öz ölkəsində deyil Avropa kanallarında belə haqqında sənədli filimlər yayımlanır. 

Yaxşı, kim bu Qasım Süleymani? 

İranın, Xüsusi Təyinatlı Qüvvətlərdə, seçmə birliklərdən ibarət olan Qüds Gücünün komandiri. Eyni zamanda əməliyyat kəşfiyyatın başında da bu isimin olduğu bildirilir. Digər tərəfdən Orta şərq ilə əlaqədar Tehranın ən təsirli diplomatı hesab olunur.Hazırda 57 yaşı olan bu şəxs çox yoxsul bir ailədən çıxıb. Uzun illər tikintidə uta kimi çalışıb. Sonra inqlabçılara qoşulan Q.Süleymani İran-İraq müharibəsində isə kəndlərdən yığıb öyrətdiyi kişilərdən meydana gətirdiyi kiçik bir birliklə iştirak edib. Cəbhədə reallaşdırdığı əməliyyatlarla diqqət çəkib .Bununla  döyüşdən sonra da ulduzu parlamağa davam edib. 

Qərb qəzetləri və jurnallarında ondan bəhs edən  yazılarda inanılmaz anlayışlar var. 

"Dərin əlaqələr", "güclü müşahidə gücü" və "qarabasma komandir" bu kimi mövzuların əvvəlində gəlir. Bundan bir neçə il əvvələ qədər heç bir yerdə tək kvadrat fotoşəkili belə olmayan Q.Süleymani,Yer üstünə çıxdıqca fotoşəkillər da çoxalıb və daha çox bəhs edilənlərdən olub. 

Suriyada Əsədin qalmasında ən böyük rol ona verilir. 

Məhz onun hazırladığı strateji döyüş planlarında  müxaliflər tərəfindən ələ keçirilən şəhərlər yenidən Əsədin idarəsinə keçib. Hətta bəzən hərbi dəstək təmin etdiyi iddiası da var. 

Amerika ilə İran arasında meydana gəlməyə başlayan yaxınlaşmanın Tehran tərəfindəki memarın  da bu adamın olduğu bildirilir. 

Əslində, kritik dövrlərdə, ən çox da 11 Sentyabrdan dərhal sonra iki ölkənin birlikdə çalışmasında maraqlı şəxs olub. Xüsusilə də Əfqanıstanda. Talibana qarşı hərbi kəşfiyyatı onun, Vaşinqtona verdiyi bildirilir. 

Bu əməkdaşlıq İraq işğalıyla son tapıb. Hazırda Tehran-Vaşinqton əlaqəsi indi tam onun çalışması və istədiyinin nəticəsidir. 

Onsuz da haqqında yazılan yazılarda və çəkilən sənədli filmlərdə fikir söyləyən  Amerikalı səlahiyyətlilərə görə o "şeytani bir dahilik" kimi adlandırılıb

Və tək bir şey üçün çalışır; "İranın nüfuzunu artırmaq." 

Süleymani son günlərdə isə İran-Amerika əməkdaşlığının əks olunduğu bölgələrdə ortaya çıxır. 

İraqda IŞİD-ə qarşı döyüşü koordinasiya edildiyi bildirilir. Cəbhə cəbhə gəzir. Türkmən tayfaları bir yerə gəlir. Peşmərgə ilə fotoşəkil çəktirir. Yeri gəldiyində isə İraq əsgərlərinə axundluq edir. 

Qasım Süleymani üçün Bağdad, Şam, Sana və Beyrut xəttinin ən güclü adı olduğu söylənilir. 

Yaxşı, belə bir dövrdə eyni ərazidə Kürdlərlə əlaqədar yaşanan əhəmiyyətli hadisələrdən onun uzaq qalması mümkündürmü?Goran Hərəkatı və Kürdüstan Vətənpərvərlər Birliyi üzərində təsirlərə malik  və bəzi media orqanlarının yazdığına görə isə tez-tez Kandilə gedib gəlir. Əslində bu xəbərlər ilk dəfə deyil ki dərc olunur. 

Mövzunu açan Tgrthaberin bildirdiyinə görə Süleymani, danışıqlar prosesinin başladığı ilk günlərdə Murad Karayılanla da görüşüb. 

PKK-nın geri çəkilmə qərarından imtina etməsini istəyib. Murad Karayılan , o dövrdə  jurnalistlərə verdiyi müsahibədə  İranın bu tələbinə "yox" dediklərini açıqlayıb. 

Və əsl əhəmiyyətlisi kimilərinə görə Kobani hadisələri zamanı 40-dan çox adamın həyatını itirdiyi provokasiyalardakı  üçüncü əl odur. 

Bunların nə qədərinin əfsanə nə qədərinin həqiqət olduğu bilinməz ancaq Q. Süleymaninin Orta şərqin ən sirrli isim olduğu və daha çox müzakirə mövzusu olduğu ortada.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar