KÜRDLƏRLƏ İŞİD ARASINDA DÖYÜŞ GƏRGİNLƏŞİB
30.10.2014 1645 0.0 0

 

IŞİD ilə bəzi kürd qruplar arasındakı qarşıdurmalar, Hələbə bağlı Kobaninin (Ayn əl Ərəb) daxili və şərq seqmentində şiddətlənib


IŞİD ilə bəzi kürd qruplar arasındakı qarşıdurmalar, Hələbə bağlı Kobaninin (Ayn əl Ərəb) daxili və şərq hissəsində şiddətlənib. Bölgədə bir aydan artıq müddətdir davam edən qarşıdurmalar, axşam saatlarında Kobaninin daxili və şərq hissəsində gərginləşib. Sərhəd qapısı ətrafında şiddətlənən qarşıdurmalar sonrası bölgədən zaman zaman alov topu yüksəlir.Qrupların sıx olduğu binaların ətrafındakı qarşıdurmalarda isə havan topu,  iri çaplı silahlar və izli güllələrdən istifadə edilir.

ABŞ liderliyindəki koalisiya güclərinə aid döyüş təyyarələri da bölgədəki IŞİD mövqelərini bombalayır. Təhlükəsizlik güclərinin sərhəd xəttindəki tədbirləri davam edir. Bu vaxt İraq Kürd Regional Rəhbərliyi tərəfindən Kobaninin göndərilən peşmərgə qrupunun Suruç rayonunda yerləşən gözləmə mövqeyi davam edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar