Türkiyə-Azərbaycan hərbi təlimində F4 qırıcısı qəzaya düşdü - 2 şəhid - FOTO - VİDEO
05.03.2015 731 0.0 0
Qazeta.info FaktXəbər-ə istinadla bildirir ki, Türk Hava Qüvvələri ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin "Tur-Az Şahini" 2015 təlimi zamanı təyyarə qəzaya düşüb.
 
Konyadakı 3-cü Əsas Reaktiv Bazasında təlim bu gün səhər başlayıb. Saat 09:48 radələrində Konya-Aksaray avtomobil yolunun 22-ci kilometrində qəzanın baş verdiyi bildirilir.

Konya Valisi Müəmmər Erol verdiyi bəyanatda, Azərbaycan ilə birgə təlim zamanı F4 qırıcısının saat 9:48 -də qəzaya düşdüyünü, 2 pilotdan birinin paraşütlə tullanaraq xilas olduğunu, digərindən isə hələ xəbər olmadığını bildirib.

Qəzadan sonra Türk Silahlı Qüvvələri açıqlama yayıb. Bəyanatda deyilir:

"Bu gün saat 08:58-də, planlı təlim uçuşu üçün havaya qalxan 112-ci donanmaya məxsus F-4 təyyarəsi bilinməyən səbəbə görə qəzaya uğrayıb. Təəssüf Ki, iki gənc pilotumuz şəhid olmuşdur. Hazırda araşdırmalar aparılır."
 
 
 
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar