ERMƏNİ ƏSGƏRİ ÖLDÜRÜLÜB
01.12.2014 1543 0.0 0

Ermənistan ordusu daha bir əsgərini itirib.

Məlumata görə, Tavuş rayonunda hərbi hissələrdən birində silah-sursat anbarının yaxınlığında əsgərlərdən birinin meyiti tapılıb.

Meyitə baxış zamanı məlum olub ki, əsgərə başının arxa hissəsindən atəş açılıb. İlkin ehtimala görə, onu əsgər yoldaşı qətlə yetirib. Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.//ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar