VƏHABİLƏR PEYĞƏMBƏRİMİZİN QƏBRİNİ SÖKÜR NƏŞİNİDƏN QALANI İSƏ GİZLƏTMƏK İSTƏYİR.
02.09.2014 2044 0.0 0

Vəhhabilər Allah elçisini anonim qəbirdə yenidən dəfn edəcəklər ; İngiltərə mediası bildirir ki, bu addım şiələr tərəfindən xüsusi qəzəblə qarşılanacaq 

 

 

"İndependent" qəzetinin bildirdiyinə görə,Səudiyyə Ərəbistanı İslam peyğəmbərinin qəbrini dağıdacaq.Məhəmməd(s.ə.s.) peyğəmbərin nəşindən qalanlarsa gizli qəbirdə yenidən dəfn ediləcək.
İran agentliyi bildirir ki, belə bir addım atılsa İslam dünyasında şok yaşanacaq. 
Qeyd edək ki, söhbət Mədinədə yerləşən Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi-dən gedir. Həmin məscid İslam aləmində Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci önəmli ibadət evi sayılır. Ərəbşünaslar bildirirlər ki, “Nəbəvi” sözü ərəbcədən "peyğəmbərə aid" anlamına gəlir.  Peyğəmbər məscidində eyni anda 650 min müsəlman ibadət edə bilir. Məscid 400.000 kv.m ümumi sahəyə malikdir. İslam xəlifələri olmuş Əbu Bəkir və Ömərin də qəbirləri oradadır.
Musavat.com bildirir ki,“İndependent” qəzeti , yaşıl qübbəli məsciddə təmir işləri ilə bağlı belə yerdəyişmənin edilməsinə bir çoxları, xüsusən şiələr etiraz edirlər.
 
Bu arada isə İranın “Farsnews” agentliyi bu məsələni ““İndependent”ə istinadən yenidən gündəmə gətirib. Bu həssas məsələdə Səudiyyə Ərəbistanının təbii ki, təkbaşına qərar çıxarması doğru deyil. “İndependent” bildirir ki, belə bir addımın atılması islam dünyasında məzhəb savaşına yeni impuls verə bilər.
“İndependent” yazır ki, Səudiyyənin vəhhabi iqtidarı hesab edir ki, peyğəmbər qəbrinin ziyarət edilməsi bütpərəstlik əlamətidir və bunu aradan qaldırmaq lazımdır.  
 
Qazeta.info olaraq xatırladaq ki ,hələ bir neçə ay öncə də bu mövzu dünya mediyasının gündəmini zəbt etmişdi.İslam Mirasını Araşdırma cəmiyyətinin rəhbəri Prof. İrfan əl-Ələvi, "Russia Today" kanalına verdiyi müsahibədə hz.peyğəmbərin qəbrinin açılması və nəşindən qalan qalıqların gizlin yerdə dəfni mövzusu gündəmdə olmadığı üçün əsasən orada aparılan təmir işlərinə diqqət çəkilmişdi.
Açıqlamada qeyd olunurdu ki,Səudiyyə Ərəbistanı, dünyanın ən mühüm İslam miraslarından olan "Məscidun Nəbəvi"də 6 milyard dollar dəyərində nəhəng məscid tikmək üçün oraya buldozer salmağa hazırlaşır.Tikintinin bu  il həcc ziyarətindən sonraya planlaşdırıldığı və yerli iş adamları xüsusəndə mehmanxana sahibləri Məscid ən-Nəbəvi-nin sökülərək genişlənməsində çox maraqlı olduqları bildirilmişdi.
 
Xatırladaq ki,Səudiyyəlilər inşaat işlərinin məscidin ətrafına və ən qədimi VII əsrdən qalan tarixi binalara necə təsir edəcəyilə bağlı hər hansı məlumat vermirlər.
Cəmiyyət rəhbəri Prof. Nevzat Yalçıntaş səudiyyəlilərin, Məhəmməd peyğəmbərin məzarının dağıdılması qərarına Atatürk dönəmində də gəldiklərini lakin  1926-cı ildə Atatürk, Hz. Məhəmmədin məzarının söküləcəyini  öyrəndikdə teleqraf vuraraq xəbərdarlıq etdiykdən sonra səudiyyəliləri bu fikirdən uzaqlaşdırdığını xatırlatmışdı.
Açıqlamada bildirilirdi ki,Atatürk teleqrafda Hz.Peyğəmbərin məzarının bir daşına toxunduqları təqdirdə ordusunu Səudiyyə Ərəbistanına göndərəcəyini bildirmişdi. Bundan sonra səudiyyəlilər Hz.Məhəmməd peyğəmbərin məzarına toxunmamışdılar.
 
Bildirək ki,əsasən vəhabilər tərəfindən idarə olunan Səudiyyə Ərəbistani bu qərarı  bir neçə müddətdir ki, gündəmə gətirsələrdə digər islam dövlətlərindən heç bir reaksiya müşahidə olunmayıb.
 

Teqlər:VƏHABİLƏR PEYĞƏMBƏRİMİZİN QƏBRİNİ S

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar