ABŞ PREZİDENTİ NATO SAMMİTİNƏ GƏLİR
26.08.2014 1458 0.0 0

ABŞ Prezidenti Barak Obama Estoniyaya gələcək.

Məlumata görə, bu il sentyabrın 4-5-də Uelsdəki Nyuport şəhərində NATO-nun sammiti keçiriləcək. 

Estoniya KİV-lərinin məlumatına görə sammit ərəfəsində, sentyabrın 3-də ABŞ Prezidenti Barak Obama Estoniyaya gələcək. Ag Evin bəyanatında deyilir: “ABŞ Ukraynadakı son hadisələri nəzərə alaraq Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərimizi növbəti dəfə dəstəyimizə inandırmaq üçün addımlar atır”.

Xarici İşlər Nazirliyinin başçısı Urmas Paetin sözlərinə görə, “Estoniya ilə ABŞ arasında möhkəm, yaxşı və sıx əlaqələr var, Avropada və dünyada sürətli dəyişikliklərin baş verdiyi indiki vaxtda ABŞ Prezidentinin Estoniyaya səfəri xüsusilə əhəmiyyətli hadisədir”.

Latviya Prezidenti Andris Berzinş də Barak Obama ilə görüşmək üçün Estoniyaya gələcək. Latviya Prezidenti deyib: “Dünyada vəziyyət dramatik şəkildə dəyişib, buna görə də NATO-nun yeni taktikası, hər bir ölkənin konkret fəaliyyəti və razılaşdırılmış ümumi fəaliyyət məsələləri olduqca vacibdir”. Andris Berzinş qeyd edib ki, görüşdə NATO ölkələrinin praktiki təlimlərdə birgə iştirakının da müzakirə edilməsi mümkündür.

Müdafiə naziri Raymond Veyonis bildirib ki, ABŞ Prezidentinin Estoniyaya səfəri regionun təhlükəsizliyinə NATO və ABŞ tərəfindən təminat verilməsi barədə həm Baltiya ölkələri üçün, həm də Rusiya üçün aşkar siqnaldır.

Nazir vurğulayıb ki, NATO-nun Uels sammiti ərəfəsində yüksək səviyyədə məsləhətləşmələr müttəfiqlər üçün təhlükəsizliyin təminatını, Avropa üçün təkcə yaxın vaxtlarda yox, həm də daha sonralar təhdidlərin qarşısının alınmasını nəzərdə tutan gələcək strategiyanın formalaşdırılması baxımından vacibdir.

Qeyd edək ki, Barak Obama dövlət başçısı olduğu müddətdə Estoniyaya səfər edən ikinci ABŞ Prezidenti olacaq. 2006-cı ildə prezident Corc Buş (oğul) Estoniyaya səfər etmişdi.//ANSPRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar