2018 Cİ İLDƏ ERMƏNİSTAN PREZİDENTİ OHANYAN OLACAQ
24.12.2014 769 0.0 0

Ermənistanın müdafiə naziri Seyran Ohanyan təxminən bir ay əvvəl Serj Sarkisyan və Robert Koçaryanın baş tutan görüşündə əsas müzakirə mövzusu olub.Məlumata görə, bunu Ermənistanın "Haykakan Jamanak" qəzeti yayıb. 

Qəzetin yazdığına görə, Serj Sarkisyan Robert Koçaryanı 2018-ci il Ermənistan prezidentliyinə əsas namizədin Seyran Ohanyan olduğunu bildirib. Sarkisyanın Koçaryana Seyran Ohanyanın Ermənistan prezidenti seçilməsinin onun üçün də sərfəli olduğunu çatdırıb. 

Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı" liderlərinin görüşündə əslən şuşalı bir nəfərin namizəd kimi təsdiqlənməsinin heç də tasadüfi olmadığı bildirilir. Belə ki, "Qarabağ klanı" hakimiyyəti "öz adamı"na ötürməklə Dağlıq Qarabağ problemini bir az da uzatmağı planlaşdırır. Ordu və güc strukturları əlində olan və Qarabağda dinc sakinlərin qırğınlarının əsas təşkilatçısı və icraçılarından olan Seyran Ohanyanın hakimiyyətə gətirməklə Serj Sarkisyan özü üçün də təhlükəsiz şərait qurmağa çalışır. 

Ancaq istənilən halda yerli ermənilərin "Qarabağ klanı"na nifrəti fonunda Sarkisyanın varis planının iflasa məhkum olduğunu düşünmək olar.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar