İSRAİL YENİDƏN GƏZZANI BOMBALAMAQLA TƏHDİD ETDİ
17.12.2014 833 0.0 0

İsrail müdafiə naziri Moşe Yalon yenidən Qəzzanı təhdid etəyə başlayıb.
 

Belə ki , İsrail müdafiə naziri Moşe Yalon, "Ordu Qəzzaya yenidən hücum etməyə məcbur qala bilər" deyə bəyanat verib.

Qazeta.info AA-ya istinadən bildirir ki, Ordu radiosunda yayımlanan  xəbərdə, əsgərlərlə görüşən Yalon, ordunun Qəzza ilə mübarizə üçün hər an hazırlıqlı olması lazım olduğunu ifadə edərək, "Ordu bütün gücüylə Qəzzaya yenidən hücum məcburiyyətində qala bilər" deyə bildirib.

Yalon, İsrailin Qəzzada olanları yaxından təqib etdiyini qeyd edib.

Xatırladaq ki, İsrail illərdir mühasirə altında tutduğu Qəzzaya, 7 İyulda başlatdığı 51 gün davam edən hücumlarında, 2 min 150-dən çox adam həyatını itirdi, 11 mindən çox adam yaralanıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar