YUNANISTANDAN İTALİYAYA GEDƏN GƏMİ YANIR
28.12.2014 924 0.0 0

Albaniya sahillərində yaxınlığında içində 55-i ekipaj 478 nəfərin  olduğu sərnişin gəmisində  yanğın baş verib.

 Gəmidən İndiyə qədər 150 nəfərin evakuasiya edildiyi, saatdakı sürəti 80 kilometri olan  fırtına səbəbiylə Yunanıstan və İtaliyanın hərbi gəmiləri ilə vertolyotlarını bölgəyə göndərildiyi bildirilir.Verilən məlumata görə gəmidə 54 Türkiyə vətənadşı var.
 

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki, Bu gün saat 01.00 sıralarında Yunanıstanın İgumeniça Limanında İtalyanın Ancona Limanına hərəkət edən 186 metr uzunluğundakı İtalyan bayraqı altında üzən  'Norman Atlantic' adlı nəhəng sərnişin gəmisində, Adriatik dənizində, Albaniyanın Vlore şəhəri sahillərində yanğın başlayıb.

 Ətrafdakı quru yük gəmilərinə alınan 150 nəfərin, sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.Gəmidəki yanğın söndürmə və digər 316 nəfərin qurtarma işlərinin həyata keçirildiyi qeyd olunur. 
 Xatırladaq ki, sözügedən gəmidən cib telefonlarıyla Yunan televizyasına zəng edən sərnişinlər kömək istəyiblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar