SOCAR ALBANİYANIN QAZLAŞMASINI HƏYATA KEÇİRƏCƏK
19.12.2014 978 0.0 0

Azərbaycanın energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin təmsil olunduğu nümayəndə heyəti Albaniyada səfərdədir.

 

Azərbaycan Dövlət Neft Şirkətinindən verilən məlumata görə, bu gün Azərbaycan nümayəndə heyəti Albaniyanın baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirib. Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.

 

Azərbaycan ilə Albaniya Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar