TÜRKİYƏ ABŞ-IN İŞİD-LƏ MÜBARİZƏSİNƏ QOŞULMADI-(YENİLƏNİB)
12.09.2014 1360 0.0 0

 

 

Məlum olduğu kimi,Səudiyyə Ərəbistanında məlum görüşmədə Suriya və İraq torpaqlarında İŞİD-lə mübarizədən Türkiyə imtina etmişdi.Bu səblə danışıqları davam etdirmək üçün  ABŞ Xarici İşlər Naziri Con Kerrini Türkiyədə gəlib.

 

Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ xarici işlər naziri Con Kerri arasındakı görüşdə, iki ölkənin bölgədəki bütün terror təşkilatlarına qarşı bu günə qədər olduğu kimi bundan sonrakı müddətdə də ortaq mübarizəyə davam edəcəyi vurğulanıb. 

Prezident Ərdoğan, ABŞ xarici işlər naziri Con Kerrini Çankaya iqamətgahında qəbul edib. 

Prezident qaynaqlarından əldə edilən məlumata görə, təxminən 2,5 saat davam edən görüşdə ikitərəfli əlaqələrdən sonra  regional inkişaflar mövzusu müzakirə olunub. 

Qazeta.info Haberturkə istinadən bildirir ki,Görüşdə Ərdoğan və Kerri, Türkiyə və ABŞ-ın, bölgədəki bütün terror təşkilatlarına qarşı bu günə qədər olduğu kimi bundan sonrakı müddətdə də ortaq mübarizə aparılacağı istiqamətindəki dayanıqlılığını vurğulanıb. 

İki ölkənin bu istiqamətdə  kəşfiyyat xarakterli əməkdaşlığına, Suriya müxalifətinə məntiqi dəstək və insani köməyə davam etməsi mövzuları bir  daha təsdiq edildi. 

Qəbulda, xarici işlər naziri Mevlüt Çavuşoğlu, Xarici İşlər Nazirliyi müşaviri Feridun Sinirlioğlu və Prezident Baş katib müavini İbrahim Qalın da iştirak ediblər.

********

ABŞ xarici işlər naziri Con Kerri, Səudiyyə Ərəbistanıda 10 ölkənin nümayəndələrini  bir araya gətirib.

 

Görüşdə IŞİD ilə mübarizə planını haqda razılıq əldə ounub. Yığıncaq sonrası verilən  ortaq məlumatda razılaşmaya Səudiyyə Ərəbistanı, ABŞ, Misir, İraq, İordaniya, Livan, Qatar, Küveyt, Bahreyn, Birləşmiş Ərəb Əmirlikləri və Ummanın imza etdiyi bildirildi.

 

Açıqlamada Türkiyənin ortaq plana imza atmadığını bildirib. ABŞ prezidenti Barak Obamanın IŞİD planını açıqlamasından sonrası, ABŞ xarici işlər naziri Con Kerri, bölgədəki müttəfiqləriylə Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir araya gəldi. Yığıncağa Türkiyədən bir nümayəndə  qatıldı. Səudiyyə Ərəbistanı, Bahreyn, Misir, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qatar və Birləşmiş Ərəb Əmirlikləri, IŞİD-ə qarşı mübarizədə ABŞ-ın planına dəstək verəcəklərini açıqladı.  Yığıncaq sonrası 10 ölkənin ortaq planı haqda birgə bəyanat səsləndirildi , IŞİD-in məntiqi və maliyyə qaynaqlarını maneə törətməyə istiqamətli addımların gücləndirilməsi, yeni İraq hökumətinin dəstəklənməsi kimi hədəflərin olduğu dilə gətirildi. 

Türkiyə mətbuatının məlumatına əsasən Səudiyyə Ərəbistanı, Obama rəhbərliyinin tələbi istiqamətində Suriyalı müxaliflərin təlim olunacağı düşərgələrin qurulmasını qəbul edildiyi bildirilir. Digər 9 Ərəb ölkəsi də ABŞ-ın planına dəstək verəcəyini bəyan edib. 

Con Kerri sabah Türkiyəyə gələməkdə niyyətinin 49 konsulluq işçisi IŞİD-in əlində olan Türkiyənin plana necə dəstək verəcəyi dəqiqləşdirmək olduğu bildirilir. Kerrinin 2 gün ərzində  Ankarada, xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü, Baş nazir Əhməd Davudoğlu və prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir.


Teqlər:TÜRKİYƏ ABŞ-IN İŞİD-LƏ MÜBARİZƏSİNƏ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar