LAVROV:"MOSKVA HEÇ BİR HALDA ÖZ MARAQLARINDA GÜZƏŞTƏ GETMƏYƏCƏK"
09.12.2014 832 0.0 0
Moskva Vaşinqtonla dialoqa hər zaman hazırdır, lakin heç bir halda öz maraqlarında güzəştə getməyəcək. Ölkələrimiz arasındakı hazırki böhran ilk deyil".

 

Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair "Ria Novosti"-yə verdiyi müsahibəsində bildirib.

 

"Biz öz tərəfimizdən ABŞ-la konstruktiv və vicdanlı dialoqa hər zaman hazırıq. Bu dialoq ikitərəfli münasibətlərdə, beynəlxalq təhlükəsizliyin və sabitliyin qorunmasında ölkələrimizin məsuliyyət daşıdığı dünya arenasında ola bilər. Məsələ Vaşinqtonun nə vaxt Moskvanın maraqlarını nəzərə alaraq əməkdaşlığa hazır olmasındadır. Biz heç bir halda öz maraqlarımızda güzəştə getməyə hazırlaşmırıq", - deyə Sergey Lavrov bildirib.

 

Rusiya XİN başçısının sözlərinə görə, Vaşinqton Moskvaya əməkdaşlıq etmək arzusunda olduğunu deyir, lakin ABŞ-ın Rusiyaya qarşı fəaliyyəti qeyri-dostluq xarakteri daşıyır: "Ukrayna böhranı ilə bağlı aramızda fikir ayrılığının olmasına baxmayaraq amerikalılar bizə çətin beynəlxalq problemlərin həllində əməkdaşlıq etmək arzusunda olduqlarını deyirlər".//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar