BAKIDA GÜCLÜ PARTLAYIŞ OLDU.
23.08.2014 1653 0.0 0

Bakıda güclü partlayış olub.

 

Məlumata görə, Bakının Dairəvi Yolunda, paytaxta giriş hissədə ağır yol nəqliyyat hadisəsi baş verib.

Baş vermiş qəza nəticəsində yanacaq daşıyan maşının aşıb.Qəza anında  2 dəfə güclü partlayışın qeydə alındığı bildirilr.

Ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin hamısı sıradan çıxıb.

Hazırda yolda hərəkət tamamilə dayandırılıb.

Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi prosesi gedir. İlkin məlumata görə, yanğının əhatə dairəsi çox genişdir. 

Hadisə zamanı yanğındaşıyan maşının sürücüsü ağır bədən xəsarəti alıb.

İlkin məlumata görə hadisə zamanı ölüm işi qeydə alınmayıb.

Hadisənin növbəti gedişatı haqqında məlumat veriləcək.//ANSPRESS


Teqlər:BAKIDA GÜCLÜ PARTLAYIŞ OLDU.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar