TQDK-dan ümumtəhsil məktəbləri rəhbərləri, əlaqələndirici və məzunlara məlumat
08.06.2015 933 0.0 0

 

Qazeta.info bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  Ümumtəhsil məktəbləri rəhbərləri və əlaqələndiricilərinin nəzərinə çatdırır ki, ümumtəhsil məktəbləri rəhbərləri və əlaqələndricilərindən xahiş olunur ki, buraxılış imtahanında iştirak edəcək şagirdlərin buraxılış vərəqəsində və məktəb arayışındakı şəkillərinin onların indiki görünüşünə uyğun olmasını təmin etsinlər. Bununla bağlı hər hansı sual yarandıqda dərhal TQDK-ya müraciət olunsun.

 
 
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~Hh5Qz
 
 
Bundan başqa TQDK- imtahanlarda iştirak edəcək  məzunlarin diqqətinə çatdırır ki, buraxılış imtahanına getməzdən əvvəl “Şagird-məzun” sistemindəki məlumatlar yoxlanmalıdır. Məlumatlarla bağlı hər hansı səhv aşkar olunarsa, dərhal məktəb əlaqələndiricisinə bu barədə məlumat verilməlidir. Öz məlumatlarınızla aşağıdakı linkdən tanış ola bilərsiniz.
 
 
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~qH6zn

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar