UCUZLAŞAN NEFT RUSİYA BÜDCƏSİNİ DƏYİŞİR
30.11.2014 1323 0.0 0

Dünya bazarında neftin sürətlə ucuzlaşması Rusiyanı 2015-ci dövlət büdcəsində dəyişiklik etmək məcburiyyətində qoyub. 

Məlumata görə, Rusiya energetika naziri Aleksandr Novak verdiyi açıqlamada bildirib ki, büdcədə neftin qiyməti 96 dollardan ucuz hesablanacaq. 

Onun sözlərinə görə, neftin ucuzlaşması büdcənin icrasına təsir etməyəcək: "Neftin büdcədə nəzərdə tutulmuş indiki qiyməti Ehtiyat Fonduna köçürmələrə təsir edə bilər. Neftin qiyməti 2015-ci ildə ucuz olsa, bu vəsaitlər Ehtiyat Fonduna yönəldilməyəcək".

Rusiyalı nazir neftin qiymətinin ixracçı ölkələr üçün komfortlu səviyyəyə yüksələcəyini gözləyir. Onun fikrincə, belə səviyyə bir barrel üçün 85-90 dollardır.//
ANS PRESS

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar