PREZİDENTLƏR BƏYƏNATLA ÇIXIŞ EDİB.
03.09.2014 682 0.0 0

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb vəTürkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Daha sonra fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Xatırladaq ki,Türkiyə prezidenti ilə bərabaər bu səfərdə Xarici İşlər Naziri  Mevlüt Çavuşoğlu,Milli Müdafiə Naziri İsmet Yılmaz,Enerji və Təbii Sərvətlər Naziri Taner Yıldız, Dənizçilik Naziri  Binali Yıldırım  təmsil olunur.

Qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirildi və münasibətlərimizin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı. 

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Çıxış zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  NATO sammitində Dağlıq Qarabağ məsələsini gündəmə gətirəcəyini bildirib. 

O, bildirib ki, NATO sammitində bəzi ölkələrə verilən vədlərin yerinə yetirildiyi kimi, Azərbaycana da verilən vədlər yerinə yetirilməlidir: "Bu, Azərbaycanın haqqıdır və Azərbaycana verilən vədlər yerinə yetirilməlidir. İndiyə qədər Azərbaycana çox saylı vədlər verilib. Amma onlar yerinə yetirilməyib. NATO samitində biz bu məsələni qaldıracağıq” deyə  Türkiyə prezidenti bildirib.
 


Teqlər:PREZİDENTLƏR BƏYƏNATLA ÇIXIŞ EDİB.

Digər xəbərlər:
Şərhlər
avatar