DAHA BİR DÖVLƏT XOCALI SOYQIRIMINI TANIYIB
08.09.2014 1678 0.0 0

 

 

Xocali Soyqırımını tanıyan ölkələr sırasına biri də əlavə olunub

 

 

2014-cü ilin 1 sentyabr tarixində Sudan Respublikasının Milli Assembleyasının Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilmiş sənəddə 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan tərəfindən törədilmiş qətliam soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.

 

Sənəddə Xocalıda mülki insanların öldürülməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad olunaraq, Ermənistanın silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək ifadə olunaraq, güc tətbiq etmək yolu ilə ərazi əldə edilməsinin BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu bir daha vurğulanır. 

Sənəddə Xocalı qurbanlarının və onların qohumlarının onlara vurulmuş mənəvi və maddi itkilərə görə ədalətli və hüquqi əsasda təzminat almaq hüququ da tanınır. 

Teqlər:DAHA BİR DÖVLƏT XOCALI SOYQIRIMINI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar