Bu axşam bütün İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin (s.ə.s) mövlud gecəsidir.Bəs biz bu bayramı qeyd edirik mi?Əlbəttə etmirik.
Dünya müsəlmanları Məhəmməd (s.ə.s) peyğəmbərin doğum gününü -Mövlud qeyd edirlər. Həzrəti Peyğəmbərin "Fil ili"ndə -rəbiül-əvvəl ayının 12-də, bəziləri isə 17-də dünyaya göz açdığını yazırlar. Mövlud gecəsi Ramazan və Qurban bayramlarından başqa müsəlmanların mübarək saydıqları beş gecədən biridir. Bunlar Rəcəb ayının ilk cümə gününə təsadüf edən Rəqaib gecəsi, həmin ayın 27-sinə təsadüf edən Merac gecəsi, Şaban ayının 15-inə təsadüf edən Bəraət gecəsi və Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Tarixi və dini mənbələrə görə Məhəmməd (s) peyğəmbər Məkkədə, Rəbiül-əvvəl ayının 12-də, bazar ertəsi gecəsi sübhə yaxın dünyaya gəlib (miladi-570-ci il).
Mövlud ərəb sözüdür - doğum, doğum yeri və zamanı anlamına gəlir. Məsələn, mövludun-Nəbi dedikdə hz. Peyğəmbərin (s) Rəbbiul-əvvəlin 12 və ya 17-nə təsadüf edən doğum gününü ifadə edir. Mücərrəd mənada işlədildikdə sadəcə hz. Peyğəmbərin (s.ə.ə) doğumunu ifadə edir. Hz. İsanın doğumuna “milad” deyildiyi kimi. Bu baxımdan bütün İslam dövlətlərində Peyğəmbərin (s.ə.s) doğum günü və bu gün münasibətilə mərasimlər keçirilir. Lakin təəsüflər olsun ki, 2 gün öncə keçirdiyimiz gurultulu milad bayramından sonra islam peyğəmbərini yada salanlar çox azdır.
Amma əslində xristian aləmində milad islam dünyasında isə mövlud gecəsəi var. Hərçənd ki ,biz allah bəndəsi olaraq hz.İsa peyğəmbərinin əleyhinə təbliğat aparmırıq.Əsla belə deyil.İslam və Quran bütün peyğəmbərlərə hörmətlə yanaşmağı əmr etdiyini bilirik.Amma bir həqiqət var ki, əgər biz müsəlmanıqsa bir müsəlman kimi islam peyğəmbərinin də mövlud gününü unutmamalı və onu anıb müsəlman ənənələrinə görə bu bayramı qeyd etməliyik.
- Məhəmməd Peyğəmbərin mövludu necə qeyd olunmalıdır?
-Allah-Təala Qurani Kərimi də buyurur ki, biz Səni yalnız və yalnız rəhmət olaraq aləmlərə göndərdik. Həzrəti Peyğəmbərin rəhmət olaraq bu dünyaya göndərilməsi, insanlara onun nə qədər nemət və dəyərli olduğunu Allah-Təala öz ayəsində bəyan edir. Biz həmin rəhmətdən pay aparmaq üçün Həzrəti Peyğəmbərin doğum günündə gözəl və ibrətamiz məclislər təşkil etməliyik. Biz müsəlmanlar həm özlərimiz Həzrəti Peyğəmbərin gətirdiyi dəyərləri öyrənməliyik, həm də qeyri-müsəlmanlar İslamın və peyğəmbərin hansı dəyərlərə malik olduğunu öyrənməlidirlər. Ona görə də müsəlmanlar, xüsusilə məscidlər Həzrəti Peyğəmbərin mövludunu çox gözəl şəkildə qeyd etməlidirlər.
Əvvəllər İslam dövlətlərində Həzrəti Peyğəmbərin mövlud gününü qeyd etmirdilər. Peyğəmbərin mövludu əsasən İranda, İraqda, eləcə də Azərbaycanda anılırdı.
-Həzrəti Peyğəmbərin mövludu rəbbül-əvvəl ayının 12 və ya 17-si tarixlərinə təsadüf edir. Bununla bağlı müxtəlif rəvayətlər olduğu üçün bu mübarək günü sünnilər 12-də, şiələr isə 17-də qeyd edirlər.
-Məhz məzhəblər arasında fikir ayrılığına son qoymaq məqsədilə İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası beynəlxalq təşkilatı artıq neçə illərdir ki, mövlud həftəsini "Vəhdət Həftəsi" olaraq elan ediblər. Bununla bağlı dünyada məzhəblər arası yaxınlıq tədbirləri keçirilir. Bu həftələrlə bütün dinlərin nümayəndələri dəvət olunur və müsəlmanların bir-birinə mehribançılığı, hətta qeyri-müsəlmanlara olan ehtiram nümayiş edilməlidir. Peyğəmbərin mövludu Türkiyədə bu çox geniş və nümayişkanə şəkildə qeyd olunur.




