VHP-İLQAR NƏSİBOVLA ƏLAQƏDAR ETİRAZ ETDİ
23.08.2014 1433 0.0 0

Məlumat üçün bildirək ki, avqustun 21 də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibov hücuma məruz qalaraq döyülüb.

 

Hadisədən sonra Naxçıvan MR-nın Daxili İşlər Nazirliyi İlqar Nəsibovu Vətəndaş Həmrəyliyi Partiyasının Naxçıvan təşkilatının sədri Fərid Əskərov tərəfindən məişət zəmnində düşən mübahisə nəticəsində döydüyü məlumatı yayılmışdı.

Açıqlamaya etiraz olaraq bu gün partiya öz  Feysbuq səhifəsində hadisəyə münasibət bildirib.

Vətəndaş Həmrəyli Partiyası (VHP) İlqar Nəsibovu döyən Fərid Əsgərovun partiyanın Muxtar Respublika təşkilatının sədri olması barədə Naxçıvan Daxili İşlər Nazirliyinin yaydığı məlumata etiraz etdiyini bildirib.

Naxçıvan təşkilatının  sədri həmçinin adı çəklən şəxsin vaxtı ilə VHP müraciət etdiyini lakin onu bəzi səbəblərdən dolayı üzvlüyə götürmədiklərini bəyan edib. 

«Fərid Əsgərov vaxtilə partiyaya üzv olmaq üçün bizə müraciət etmişdi. Onu bizə Asəf Quliyev təqdim etmişdi. Biz onun haqqında araşdırma apardıq, məlum oldu ki, o, hüquq-mühafizə orqanlarına yaxın adamdır. Elə bu səbəbdən də partiyaya üzv götürmədik. Onu da öyrəndik ki, o bizim partiyaya məqsədli şəkildə göndərilib. Həmin şəxsin Vətəndaş Həmrəyliyi Partiyası ilə əlaqələndirilməsi böyük bir tərbiyəsizlikdir. Sonra bəzi yerlərdə özünü bizim partiyanın yerli təşkilat sədri kimi təqdim edirmiş. Mən buna etiraz etdim.

Bildirdik ki, səni biz partiyaya üzv götürməmişik, sən özünü necə sədr kimi təqdim edirsən. Mənim onunla bu yazışmalarım da durur». Samir Əsədli bildirir ki, VHP-nin Naxçıvan Muxtar Respublika təşkilatının sədri Abdulla Abdullayevdir".

 

 


Teqlər:VHP-İLQAR NƏSİBOV İLƏ ƏLAQƏDAR ETİR

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar