BAKIDA AVTOBUS AŞDI
20.08.2014 1601 0.0 0

 

 

 

Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində avtobus qəzası baş verib. 

Məlumatına görə, Qaradağ Rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, 195 saylı marşrut avtobusu yük avtomobili ilə toqquşub. 

Qəza nəticəsində avtobus aşıb. 

Hadisə zamanı avtobusda olan 15-dən çox sərnişin xəsarət alıb.
Hadisə  nəticəsində xəsarət alan şəxslərdən bir neçəsinin adı məlum olub. 

Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, qəza zamanı 1956-cı il təvəllüdlü Xanmurad Xandadaş oğlu Dostəliyev, 1986-cı il təvəllüdlü Samir Namiq oğlu Qasımov, 2002-ci il təvəllüdlü Ramin Rəhim oğlu Xəlilov, 1993-cü il təvəllüdlü Elnur Ramin oğlu Muradov, 1987-ci il təvəllüdlü Seyidbala Teymur oğlu Cəfərov, 1983-cü il təvəllüdlü Dilqəm Xəlil oğlu Hacıyev, 1994-cü il təvəllüdlü Rufulla Yadulla oğlu Qurbanov və 1951-ci il təvəllüdlü Səyyad Əliş oğlu Cəbrayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda qəza zamanı xəsarət alan digər 7 nəfərin şəxsiyyətinin dəqiqləşdirildiyi bildirilir.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar