YENƏ DƏ KÖRPÜDƏN İNTİHAR XƏBƏRİ GƏLDİ-YENİLƏNDİ
02.12.2014 1385 0.0 0
 
 

Məlumata görə, Zamiq İbrahimovun qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub. Məlumata görə,  Z. İbrahimov qardaşının ölümünə səbəb olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir. 

 

 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin, polis əməkdaşları və həkim briqadası cəlb olunub.

 

Hazırda özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılır.

                                                 

                                                                    *****

 

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq özünü atmaqla hədələyir.

 

Hadisə yerindən verilən xəbərə görə, körpüdən özünü atmaq istəyən şəxs Bakı sakini Zamiq İbrahimovdur.

 

Məlumata görə, Zamiq İbrahimovun qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub.

 

 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin, polis əməkdaşları və həkim briqadası cəlb olunub.

 

Hazırda özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılır.

 

Qeyd edək ki, bu Zamiq İbrahimovun intihara ikinci cəhdidir. O,  noyabrın 12-dən 13-nə keçən gecə körpüyə çıxaraq  intihara cəhd edib. Lakin hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu fikrindən daşındırıb. FHN əməkdaşları  təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər./APA

 

PS.Xatırladaq ki, bu gün Daxili İşlər Nazirliyi yadığı məlumatda bildirmişdi ki, bundan sonra körpü polis əməkdaşları ilə mühafizə olunacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar