ABŞ-IN AZƏRBAYCAN SƏFİRİ BƏLLİ OLDU
17.12.2014 753 0.0 0

ABŞ Senatı Robert Frensis Sekutanın (Robert Francis Cekuta) Azərbaycana səfir təyinatını təsdiqləyib.

 

Məlumata görə, Senatın dekabrın 16-da keçirilmiş iclasında R. F. Sekutanın Azərbaycana səfir göndərilməsi barədə prezident Barak Obamanın təqdimatı öz təsdiqini tapıb.

 

ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Riçard M. Millsin də namizədliyi Senat tərəfindən təsdiqlənib.

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də “Twitter” hesabından Senatın ABŞ-ın Azərbaycan və Ermənistanda səfiri postuna namizədləri təsdiqlədiyini yazıb, bu münasibətlə təbriklərini çatdırıb.

 

Müzakirələr senator Harri Reidin sədrliyi ilə keçirilib.

 

Qeyd edək ki, R. Mills 1990-cı illərdə ABŞ Dövlət Departamentində Ermənistan və Azərbaycan məsələləri üzrə şöbəyə rəhbərlik edib.

 

Xatırladaq ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar