İŞİD 2 JURNALİSTİ EDAM ETDİ
09.01.2015 738 0.0 0

ŞİD terrorçu qruplaşması iki jurnalisti edam edib.

Məlumata görə, bu barədə France Press xəbər agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, İŞİD-in Liviyadakı döyüşçüləri iki tunis jurnalisti edam ediblər. Terrorçular özləri bu barədə açıqlama veriblər.

Terrorçular bildirirlər ki, edam edilənlər 2014-cü ilin sentyabrında itmiş Sofen Şurabi və Nadir Ktarindir. 

Tunis hakimiyyəti hələlik jurnalistlərin edam edilməsini təsdiqləməyib.

Qeyd edək ki, İŞİD-çilər bundan əvvəl də amerikalı, fransalı və britaniyalı jurnalistləri də edeam etmişdilər. Onların başlarını kəsmişdilər.//
ANS PRESS

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar