QAFQAZIN ŞEYXÜLİSLAMI RUSİYAYA GEDİR
29.10.2014 1346 0.0 0

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 30-da Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasına səfərə yola düşür.

QMİ-dən  verilən məlumata görə, səfərdə məqsəd Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda beynəlxalq elmi konfransda iştirak etməkdir.

Kabardin-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirdiyi Konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər.

QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar