SARKOZİNİN AMEDİ KULİBALİ İLƏ BİRGƏ GÖRÜNTÜLƏRİ YAYILIB
15.01.2015 787 0.0 0

Fransa mətbuatı ölkənin eks prezidenti Nikola Sarkozinin  Amedi Kulibali ilə birlikdə görüntülərini yayıb. 

Məlumata görə, fotoda Sarkozi Kulibalinin əlini sıxır. 32 yaşlı Paris terrorçusu Fransanın o vaxtkı prezidenti ilə 5 il bundan əvvəl görüşdüyü bildirilir. 

Polis əməkdaşının ölümündə və marketdə insanların girov götürülməsində şübhəli bilinən Amedi Kulibali, Sarkozi ilə tədbirdə görüşüb. O, ölkə prezidentinin şəhərətrafı yerlərdən Parisə iş axtarmağa gəlmiş gənclərlə görüşündə iştirak edib.

Jurnalistlər sözügedən fotonu "Parisien" qəzetinin 15 iyul 2009-cu il nömrəsindən götürüblər. Məqalədə qaradərili fransız prezidentlə görüşdə iştirak etdiyini deyib. Ölkə başçısı müvafiq dövlət proqramı ilə gənclərin iş problemini həll edib. 

Şəkildəki gənc Amedi Kulibalinin Fransa DİN tərəfindən "silahlı və təhlükəlidir" qeydi ilə tirajlanmış fotosuna çox bənzəyir. Ad və soyad da üst-üstə düşür. Düzdür, bir hərf fərqlidir - qəzetdə Amedi Kulibalı yazılıb.

Bundan əlavə, bioqrafiyalar da üst-üstə düşür. Məsələn, qəzetdəki gənc oğlan Coca-Cola zavodunda işləyib və o, 10 uşaqlı ailənin yeganə oğludur. 

Bununla yanaşı, Kulibali dövlət başçısı ilə görüşünə qədər qarət, zorlama və narkotik alveri cinayətləri ilə məsuliyyətə cəlb edilib.//AnsPress

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar