NAZİRLƏR ARTIQ NAXÇIVANDADIR.
18.08.2014 1296 0.0 0

Məlum olduğu kimi bu gün Azərbaycan,Gürcüstan və Türkiyə dövlətlərinin Müdafiə Nazirləri Naxçıvanda rəsmi görüş keçirlməsi müəyyənləşdirilmişdi.Artıq üç ölkənin Müdafiə Nazirləri Naxçıvana gəlib.Bu gün ilk gələn Gürcüstanın Müdafiə naziri  İrakli Alasaniyanı  Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qəbul edib.


İ.Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahı qarşısında rəsmi qarşılanma mərəsimi keçirilib.

Az öncə əldə etdiyimiz məlumata görə Türkiyə Respublikasının Milli Müdafiə naziri  İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəlib.
Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.


Teqlər:NAZİRLƏR ARTIQ NAXÇIVANDADIR.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar