BİLƏSUVAR GÖMRÜK KEÇİD MƏNTƏQƏSİ 24 SAAT İŞLƏYƏCƏK
01.11.2014 1535 0.0 0

Bu gündən etibarən Biləsüvar sərhəd-keçid məntəqəsi 24 saat fasiləsiz işləməyə başlayacaq.

Məlumata görə,Biləsuvar gömrük idarəsinin Qoşatəpə gömrük postunun 24 saatlıq fasiləsiz iş rejiminə keçməsi ilə bağlı bütün hazırlıq işləri görülüb. 24 saatlıq iş rejiminə keçdikdən sonra maşın növbələri olmayacaq. Məlumat üçün deyim ki, hər gün bu postdan minlərlə maşın və ən azı iki mindən artıq sakin istifadə edir.

Azərbaycanla İran arasında ən işlək sərhəd-keçid məntəqələrindən biri olan Biləsuvar sərhəd buraxılış məntəqəsinin fasiləsiz xidmətə keçməsi buradan istifadə edənlər üçün gözlənilməz addımdır. Çünki, hər gün sərhəd-keçid məntəqəsində ucu-bucağı görünməyən növbələrin yaranması əhali arasınada narazılıq yaradırdı.

Əldə etdiyimiz məlumata görə, İran tərəfi sutkalıq rejimə keçəndən sonra İran Biləsuvarında azad iqtisadi zona yaradılacaq. Biləsuvar gömrük idarəsinin rəis müavini Mirrafiq Mirsultanov qurumun fasiləsiz iş rejiminə keçmə tarixinin İran tərəfindən asılı olduğunu söylədi. Azərbaycan isə bütün texniki məsələləri həll edib. Gömrük idarəsinin rəsmisi həmçinin 24 saatlıq iş rejimi tətbiq olunandan sonra piyada və nəqliyyat vasitələrinin buraxılış məntəqəsindən çox rahatlıqla keçəcəyini düşünür.//
ANS TV


Teqlər:BİLƏSUVAR GÖMRÜK KEÇİD MƏNTƏQƏSİ 24

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar