İQBAL AĞAZADƏ SEÇKİ SAXTAKARLIĞI HAQDA SƏNƏDLƏR TOPLADIĞINI BİLDİRDİ
23.12.2014 829 0.0 0

Bu gün saat 08:00-dan etibarən ölkə ərazisində bələdiyyə seçkiləri start götürüb.

Seçkilərin gedişatı haqda  Ümid Partiyasının sədri İqbal Ağazadə açıqlama verib.

Partiya sədri bələdiyyə seçkilərində yol verilən saxtakarlıqlar barədə sənədlər topladığını bildirib.

İqbal Ağazadə: "Seçkilərə gələn adamların sayı az, aktivlik olduqca aşağıdır. 1-2% seçici gəlməsinə baxmayaraq artıq maşallah qutular doludur. Məsələn Səbail rayonu, 29-cu dairənin 26 saylı məntəqəsində qutular saat 09-00-dan etibarən ağzına qədər doludur. Məntiq və saat hesabı ilə hesablasaq, o qədər seçicinin olması üçün böyük bir növbə lazım idi. Saxtakarlıq olub, vəssalam.

Artıq saxtakarlıqla bağlı Göyçay şəhər bələdiyyəsindən, Səbail rayonundan informasiyalar daxil olub.Digər yerlərdən də toplanılır və əlimizdə toplanan sənədlərlə bağlı şikayət etməyi düşünürük".

Qeyd edək ki, Yasamal rayonu 13 saylı məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində artıq saxtakarlıq faktı qeydə alınıb. Bu azmış kimi məntəqə nümayəndələri çəkiliş aparan jurnalistə qarşı güc tətbiq etməklə ondan çəkilən kadrları tələb ediblər.//Ölkə.az


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar