PREZİDENTLƏR GÖRÜŞDÜ.
09.08.2014 1339 0.0 0
 

Bu gün Rusiyanın soçi şəhərində  "Baçarov  Ruçey" şəhərindəknti iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya Prezidenti Vlandimir Putinin məlum görüşübaş tutub.Görüşdən hazırlnan mətnini diqqətinizə təqdim edirik.

Rusiya Prezidenti Vladimir PUTİN Azərbaycan dövlətinin başçısını salamlayaraq görüşdən məmnunluq hissini bildirib.

Dövlətlər arası  xeyli ikitərəfli və regional məsələləri diqqətə çatdırıb." Şükür Tanrıya ki, münasibətlərimiz inkişaf edir, özü də yüksələn xətt üzrə. Biz öz səviyyəmizdə, hökumətlər səviyyəsində müntəzəm əlaqə saxlayırıq. İqtisadi, humanitar əlaqələr inkişaf edir, bəzi başqa istiqamətlər üzrə də əvvəllər görünməmiş dərəcədə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, bu bizim ikitərəfli əlaqələrimizdə daim möhkəmlənən etimad elementidir. Biz buna çox şadıq. Yəqin ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı köhnə, ağrılı problemlər barədə də söhbət edəcəyik. Bir sözlə, Sizi görməyə çox şadıq. və Xoş gəlmisiniz "deyə  vurğulayıb.

   Azərbaycan Prezidenti İlham ƏLİYEV  də münasibətlərin çox pozitiv dinamikası – çoxillik, davamlı inkişaf dinamikasından  və Rusiyanı beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri hesab edirik deyə vurğulayıb.

"Əməkdaşlığımız çox sahələri ehtiva edir – həm qarşılıqlı siyasi fəaliyyət sahəsində, həm də iqtisadi sahədə yaxşı nəticələr müşahidə olunur. Əmtəə dövriyyəsi artır. Bu göstərici keçən il də artıb, bu il də artım görürük. Struktur yaxşılaşır.

Artıq sanballı həcmdə qarşılıqlı sərmayələr qoyulur. Təbii ki, bu, bizim münasibətlərə yeni dinamika verir. Sizin keçənilki çox uğurlu səfərinizi Azərbaycanda çox səmimi xatırlayırıq. Düşünürəm ki, bu səfər bizim münasibətlərin inkişafına ciddi təkan verib. Biz əməkdaşlıq potensialını qətiyyətlə artırmaq əzmindəyik.

Əlbəttə ki, regional təhlükəsizlik və regionumuzda sabitlik məsələləri daim gündəlikdədir. Biz, əlbəttə, həddən artıq uzanmış və öz həllini tələb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə edəcəyik"deyə bildirib.


Teqlər:PREZİDENTLƏR GÖRÜŞDÜ.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar