Toy karvanında qəza zamanı ölən və yaralananların adları məlum olub - FOTO
25.09.2016 885 0.0 0

Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında olan "VAZ 2107” markalı avtomobillə “Niva” markalı avtomobillin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

 

APA-nın qərb bürosunun məlumatına görə, qəza zamanı “VAZ 2107” markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

 

Avtomobildə olan digər sərnişinlər 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “VAZ 2107” markalı avtomobilin sürücüsü Abdullayev İtiqam qəza zamanı xəsarət almayıb.  “Niva” markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Kamil, o cümlədən sürücü 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

 

***

 

saat 17.58

 

Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

 

Toy karvanında hərəkət edən VAZ 2107” markalı avtomob “Niva” markalı avtomobil ilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar