UŞAQ EVLƏRİNƏ EDİLƏN YARDIMLAR UÇOTA ALINACAQ
02.12.2014 1309 0.0 0

Hesablama Palatası Nazirlər Kabinetinə büdcə təşkilatlarına fiziki və hüquqi şəxslər tərəfindən edilən yardımlarla əlaqədar təklif təqdim edib.

 

Məlumata görə, Hesablama Palatasının apardığı audit tədbirləri ilə müəyyən edilib ki, büdcə təşkilatlarına, o cümlədən təhsil, səhiyyə, sosial-təminat və bu kimi digər müəssisələrə (internat, xüsusi internat məktəblərinə) fiziki və hüquqi şəxslər tərəfindən yardım şəklində (əvəzsiz olaraq) müxtəlif növ ərzaq məhsulları (hazır yeməklər, şirələr), geyimlər, inventar və avadanlıqlar verilir.

 

Lakin bu ərzaq məhsulları, inventar və avadanlıqlardan istifadə istiqamətində heç bir nəzarət mexanizmi olmadığından, büdcə təşkilatlarına verilən yardımların uçotu aparılmır, ərzaq məhsullarının, hazır yeməklərin keyfiyyətinə nəzarət edilmir, habelə gətirilmiş geyimlərin, inventar və avadanlıqların müvafiq tələblərə cavab verməsi müəyyənləşdirilmir.

 

Bununla yanaşı, dövlət büdcəsindən də bu məqsədlərə vəsaitlər ayrılır ki, bu da həmin təşkilatlarda tələbatdan artıq mal-materialların alınmasına və ya normadan artıq ərzaq məhsullarının silgisinə münbit şərait yaradır. Hesablama Palatası bu məsələlərin tənzimlənməsi məqsədilə “Büdcə təşkilatlarına fiziki və hüquqi şəxslər tərəfindən verilən yardımların qəbulu, uçota alınması və istifadəsi qaydalarına dair təlimat”ın hazırlanmasını məqsədəmüvafiq hesab edib.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar