DÜNYA ŞÖHRƏTLİ QAPIÇININ DUL YOLDAŞI ETİRAZ ETDİ
07.11.2014 935 0.0 0

Dünya şöhrətli qapıçı Lev Yaşinin dul qadını Valentina Yaşina belə hesab edir ki, yeni “Dinamo” stadionuna bu klubun əfsanəvi yetirmələrindən yalnız birinin adının verilməsi başqa veteranlara münasibətdə hörmətsizlikdir. Bu həftə “Dinamo”nun Direktorlar Şurasının sədri Vasili Titov klubun yeni stadionuna futbol tarixində “Qızıl top” mükafatına layiq görülmüş yeganə qapıçının adının verilməsi barədə qərarı elan edib.

Rusiya KİV-lərinə istinadla bildirilir ki, Valentina Yaşina jurnalistlərə deyib: “Bu məsələni mənimlə heç kəs müzakirə etməyib, bu barədə ilk dəfə eşidirəm. Mənim mövqeyim dəyişməzdir – mən “Dinamo” stadionuna təkcə Yaşinin adının verilməsinin əleyhinəyəm. Bu satdion dünyaya həm beynəlxalq, həm də Sovet İttifaqı miqyaslı yarışların böyük çempionlarını bəxş edib. Sovet idmanının əfsanələi – konki sürən Rimma Jukova, idmanın altı növü (voleybol, uzununa tullanma, hündürlüyə tullanma, nizə tullama, beşnövçülük və top ilə hokkey) üzrə SSRİ, Avropa və dünya çempionu olmuş Aleksandra Çudina kimi əfsanəvi idmançılar burada yetişib. Başqa bir misal: Rusiyanın Əməkdar Həkimi, “Dinamo”nun fəxri üzvü Yuri Zeldoviç fiqurlu konkisürmə üzrə ilk ölkə çempionlarından biri olub. Ümumiyyətlə, hesab edirəm ki, stadiona Yaşinin adının verilməsi etikaya ziddir. Vaxtı ilə bu barədə söhbət düşəndə “Dinamo”nun veteranları Moskva şəhər sovetinə məktub yazaraq bu təkliflə razı olmadıqlarını bildirdilər. Onlar istəyirdilər ki, stadion sadəcə “Dinamo” adlansın. Axı heç kəs deməyəcək: “Gedək Lev Yaşinə”. Təklif edəcəklər ki, gedək “Dinamo”ya. Lakin klubun Direktorlar Şurasının sədrinin dediyi kimi bu qərar artıq qəbul edilibsə, indi bu barədə danışmağın faydası yoxdur”.//AzərTac


Digər xəbərlər:
Şərhlər
avatar