Orta məktəblərdə işləmək istəyənlər oxusun
23.05.2015 597 0.0 0

Azərbaycanda müəllimlərin işə qəbulu üçün vakansiyalar Təhsil Nazirliyinə təqdim olunub. Məlumata görə, bunu Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.

C.Bayramov deyib ki, müəllimlərin işə qəbul məsələləri üç mərhələdə həyata keçirilir: "İlk olaraq hər bir rayon, şəhər təhsil idarələri öz ərazilərində olan daxili yerdəyişmələri may ayı ərzində həyata keçirib artıq başa çatdırıblar. Vakansiyalar barədə məlumatlar Təhsil Nazirliyinə təqdim olunub. Onlar indi yekunlaşdırılır. İyun ayı ərzində ölkədaxili sistemdə hazırda çalışan müəllimlərin yerdəyişmələri həyata keçiriləcək. İyul ayının ilk yarısında, ilk 15 gün ərzində təhsil sisteminə ilk dəfə daxil olan insanlar üçün müsahibələr həyata keçiriləcək".

Onun sözlərinə görə, müəllimlərin sınaq-diaqnostik qiymətləndirməsinə gəlincə, bu, ilkin olaraq paytaxtda keçirilmişdi. Hazırda hökumətin müvafiq qurumları ilə həmin prosesin davamı və hansı regionlarda növbəti mərhələnin keçirilməsi müzakirə olunur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar