BU GÜN ELÇİBƏYİN ANIM GÜNÜDÜR
22.08.2014 1429 0.0 0

 

 

Bu gün sabiq prezident Əbülfəz Elçibəyin vəfat günüdür. 

 
 
 
 
 
 
Avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından on dörd il keçir. Bu tarix Elçibəyin anım günü kimi qeyd olunur.Bu gün insanlar Elçibəyin Fəxri Xiyabandakı abidəsi önündə anım mərasimi keçirərək onu yad edəcəklər. 
 
Xatırladaq ki,Əbülfəz Əliyev (Elçibəy) iyunun 24-də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub.
 
O, Xalq Hərakatının Lideri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın Respublikasının prezidenti seçilib. 1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb. 2000-ci ilin avqustun 22-də 63 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.
Allah rəhmət eləsin!

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar