CÜDOÇULARIMIZDAN QƏLƏBƏ XƏBƏRİ.
17.08.2014 1609 0.0 0

Çinin Nancinq şəhərində yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycanı təmsil edən Natiq Qurbanlı (55 kq) və Leyla Əliyeva (44kq) uğurla çıxış edərək final mərhələsinə yüksəliblər.

Avqustun 17-də Nancinqdəki “Longjian Gymnasium” sarayında keçirilən cüdo yarışlarında Natiq Qurbanlı birbaşa yarımfinal mərhələsində çıxış etmək şansı qazanıb. O, yarımfinalda belçikalı Jorre Verstreateni məğlub edərək finala çıxıb.

Cüdo yarışlaırndakı digər təmsilçimiz Leyla Əliyeva dörddə bir final mərhələsində qazaxıstanlı Saiyn Adiyanı, yarımfinalda isə rusiyalı Anastasiya Turçevanı məğlub edərək finala çıxıb.


Teqlər:CÜDOÇULARIMIZDAN QƏLƏBƏ XƏBƏRİ.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar