Mövlud Çavuşoğlu: Bakı-Tiflis-Qars layihəsi tez bir zamanda həyata keçiriləcək
27.11.2015 601 0.0 0

“Yeni gələn təkliflərin Minsk Qrupunun təklifi kimi rəsmiləşməsini arzu edirik”
 
“Azərbaycanla Türkiyə arasında hər sahədə münasibətlər mükəmməl səviyyədədir. İki ölkənin iştirak etdiyi layihələri müvəffəqiyyətlə icra edirik”. 
 
Məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, tez bir zamanda Bakı-Tiflis-Qars layihəsi də uğurla həyata keçiriləcək: “Türkiyədə layihəni icra edən şirkətin hüquqi problemi səbəbindən gecikmə oldu. Qısa vaxtda bunu da tamamlayacağıq. Tək hədəfimiz Bakı-Tiflis-Qars deyil. Çinə qədər olan xətdə Azərbaycan böyük rol oynayacaq. Üçlü əməkdaşlıq mexanizmlərini də uğurla davam etdirəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan görüşü oktyabrda baş tutmadı, amma 2016-cı ildə baş tutacaq. Bizim hər mövzuda Azərbaycanın yanında olduğumuzu Azərbaycan bilir. Xüsusilə Qarabağ məsələsində və Azərbaycanın işğal olunmuş torpaqları məsələsində Azərbaycanın yanındayıq. Yeni gələn təkliflərin Minsk Qrupunun təklifi kimi rəsmiləşməsini arzu edirik. Biz həmişə bu prosesə konstruktiv şəkildə dəstək veririk. Minsk Qrupunun daha fəal olması üçün konstruktiv şəkildə tənqid edərək bu işə töhfə verməyə çalışırıq”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar