QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ OBAMA VƏ CON KERRİNİN İŞTİRAKINI İDDİA EDİR.
25.08.2014 773 0.0 0
“ABŞ, Fransa və Rusiya BMT-nin məlum dörd qətnaməsinin yerinə yetirilməsində məsuliyyət daşıyır”

 

“ABŞ-dakı Erməni Milli Konqresi kimi erməni diaspor təşkilatları  özlərini zərər çəkmiş qurban kimi, Azərbaycanı isə təcavüzkar bir ölkə kimi qələmə verən kampaniyalar həyata keçirdiyi üçün  BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi yerinə yetirilmir”.

 

APA-nın “Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

 

ATƏT Minsk Qrupunun bu qətnamələrin həyata keçirilməsini sürətləndirmədiyini qeyd edən ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri İraq və Liviya məsələləri ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yalnız BMT-nin deyil, həm də ABŞ və Fransanın təşəbbüskarı olduğuna diqqət çəkib.

 

Diplomat bu konfliktin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində birgə fəaliyyət göstərən ABŞ, Fransa və Rusiyanın da qətnamələrin yerinə yetirilməsində məsuliyyət daşıdığını bildirib.

 

ABŞ-ın münaqişə zonasından hərbi qüvvələrin çəkilməsi və ya qətnamələrin həyata keçirilməsində israr etmədiyini deyən M.Brayza ölkəsinin Dağlıq Qarabağ probleminin Minsk Qrupu çərçivəsində həll olunacağını gözlədiyini vurğulayıb. O, konfliktin həllinə kömək üçün aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin şəxsən iştirak etməli olduğunu düşündüyünü bildirib.


Teqlər:QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ OBAM

Digər xəbərlər:
Şərhlər
avatar