TÜRKİYƏ ZƏFƏR BAYRAMINI QEYD EDİR.
30.08.2014 1617 0.0 0
 

Bu gün 30 avqust Türkiyə dövləti Zəfər Bayramı və Türk Silahlı Qüvvələri günü 92 ci il dönümünü  qeyd edir. 

 

Bayram tədbiri Anitkabirin mərasim təşkil edilib. 

Mərasim Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Cəmil Çiçək, Baş nazir Əhməd Davudoğlu, Konstitusiya Məhkəməsi Başçısı Haşim Qılınc, Baş qərargah Rəisi General Necdət Özel, CHP  Başçısı Kamal Kılıçdaroğlu, Baş nazir müavinləri Bülent Arınç, Əli Babacan, Yalçın Akdoğan, Numan Kurtulmuş, yüksək məhkəmə təşkilatın başçıları, nazirlər kabineti üzvləri, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə başlayıb. 

Prezidenti Ərdoğanın, Atatürkün məzarına  üzərində ay ulduz əks olan çələng qoyması və sayqı duruşundan sonra İstiqlal Marşı oxunub.Daha sonra  Prezidenti Ərdoğan və ətrafındakılar Misak-ı Milli Qülləsinə qalxıb

Ərdoğan, burada Anımməzarın Şəxsi dəftərinə ürək sözlərini qeyd edərək imza atıb və Atatürkün əziz xatirəsinə nitq söyləyib.

 

Teqlər:TÜRKİYƏ ZƏFƏR BAYRAMINI QEYD EDİR.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar