TÜRKİYƏDƏ GÜLƏNÇİLƏRƏ GENİŞMİQYASLI ƏMƏLİYYAT
10.11.2014 1169 0.0 0

Türkiyə polisi "paralel hökumət"ə qarşı növbəti dəfə əməliyyatlar keçirib.

Məlumata görə, əməliyyatlar 8 şəhərdə həyata keçirilib.

Türkiyə mətbuatının yazdığına görə, əməliyyatlar nəticəsində 10 polis saxlanılıb, 2 polis rəisi haqqında cinayət işi açılıb.

Onlar vəzifəsindən sui-istifadə edilməsində və telefon danışıqlarının dinlənilməsində iştirak etməkdə təqsirli bilinirlər.

Əməliyyatlar Kocaeli, İstanbul, Ədirnə, Diyarbəkir, Sivas, Gümüşhanə, Bitilis və Ardahan şəhərilərində keçirilib. Polislər saxlanılan şəxslərin iş otaqlarındakı kampyuterləri, hard diskləri, teleefonları və CD-DVD-ləri götürüblər.//ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar